image-qanunla-reklam
image-241652858_358366905961530_2031634692825065291_n

Sabiq baş prokuror və səfir Eldar Həsənov şüşə qəfəsdən çıxarılaraq zalda əyləşdirildi

image-lady-day-az

Sabiq baş prokuror və səfir Eldar Həsənov şüşə qəfəsdən çıxarılaraq zalda əyləşdirildi.

Bu barədə Qanunla.Az-a Eldar Həsənovun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, vəsatətimizə əsasən Eldar Həsənov şüşə qəfəsdən çıxarılaraq zalda əyləşdirilib.

Qeyd edək ki,1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan E.Həsənov ötən il avqustun 13-də saxlanıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyi əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. E.Həsənov ittihamları qəbul etmir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki