image-qanunla-reklam
image-rafiq-bayramov

Sabiq nazir müavininin işi məhkəməyə göndərildi

image-lady-day-az

Azərbaycan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qanunla.Az  xəbər verir ki, iş baxılaması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci ilin mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramovun xidməti və yaşadıqları ünvanlara keçirilən baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki