Azərbaycan futboluna ağır itki üz verib.
Qanunla.Az xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru, Azərbaycan Respublikasının əməkdar məşqçisi Sabir Əliyev uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.
Bu haqda açıqlama yayan “Sumqayıt” Futbol Klubu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!