Sabirabad sakini su kanalında boğularaq ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Kovlar kəndində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Fərzəliyev Elçin Fərzalı oğlu su kanalına düşərək boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, o, sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.