image-qanunla-reklam
image-vur

Sabirabadda 52 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb

image-lady-day-az

Sabirabadda 52 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hacıbəbir kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Əsgərov Habil Amil oğlu evdə gərginlik altında olan elektrik naqilləri ilə ehtiyatsız davrandığından onu elektrik cərəyanı vurub.

Yaxınlarının yardımına baxmayaraq, 52 yaşlı kişi həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki