image-qanunla-reklam
image-13861600371377583298_sabirabad

Sabirabadda ağır qəza: 1 ölü, 4 yaralı

image-lady-day-az

Sabirabadda ağır qəza: 1 ölü, 4 yaralı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Qanunla.Az  Report-a istinadla xəbər verir ki, hadisə Yastıqoba kəndində qeydə alınıb.

“Tofaş” markalı avtomobillə VAZ-2107 markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb. Eyni zamanda 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzada ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki