Sabirabadda ev yanıb.
Qanunla.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabirabad rayonunun Yolçubəyli kəndində ümumi sahəsi 200 m² olan kürsülü birmərtəbəli 5 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.
Qeyd edilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.