Sabirabad rayonunda su kanalında meyit tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qanunla.Az-a bildirilib ki, avqustun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Elman Nizami oğlu Mirzəyevin avtomobildə meyiti aşkar edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.
Faktla bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.