image-qanunla-reklam
image-tapanca

Şabran sakini silahla saxlanıldı

image-lady-day-az

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Bahəddin Məcidov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və tərkibində narkotik maddələr olan marixuana aşkar edilərək götürülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məcidovun evinə baxış zamanı 1 ədəd bıçaq, sandıqçası ilə birlikdə qaz tapançası və dipçəkdə əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür.

Faktla bağlı istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki