Şabran rayonunda bədbəxt hadisə baş verib.
Hadisə dekabrın 1-də rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.
Belə ki, 2020-ci il təvəllüdlü Ümid Muradov ehtiyatsızlıqdan müvəqqəti istifadə üçün nəzərdə tutulan tualetin quyusuna düşərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.