Şabran rayonunda zəhərlənmə hadisəsi olub.
Qanunla.Az xəbər verir ki, Qorğan kənd sakini, 2005-ci il təvəllüdlü Abdulrəhman Şaiq oğlu Teymurov dərman zəhərlənməsi şikayəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Ona xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.