Şabran rayonunda bədbəxt hadisə baş verib.
Qanunla.Az Real TV-yə istinadla xəbər verir ki, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Daş hasarın aşması nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib iki nəfər isə xəsarət alıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlılar bu ərazidə futbol oynayıb. Bir qədər oynadıqdan sonra dinclərini almaq üçün hasarın yaxınlığında əyləşiblər. Bu zaman güclü küləyin təsirindən hasar aşıb və azyaşlılar hasarın altında qalıb.
Hadisə nəticəsində 10 yaşlı Fəqan Ruslan oğlu Məmmədov xəstəxanaya aparılarkən dünyasını dəyişib. Pənah Zaur oğlu Məmmədov və İlkin Mahir oğlu Quliyev isə müxtəlif bədən xəsarətləri alıb. Şabran rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar. Qeyd edək ki, bu gün Şabran ərazisində küləkli müşahidə edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.