25 dekabr 2024-cü il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsil işçiləri üçün “Şagird təhlükəsizliyi, sağlam psixoloji mühit və bərabər imkanlar” mövzusunda seminar keçirilib.
Qanunla.Az xəbər verir ki, seminar Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadovun rəhbərliyi ilə baş tutub. Tədbirdə şagirdlərin təhlükəsizliyinin təmin olunması, məktəblərdə sağlam psixoloji mühitin yaradılması və bütün şagirdlər üçün bərabər imkanların təmin edilməsi məsələləri geniş şəkildə müzakirə olunub.
Seminarda təhsil müəssisələrinin rəhbərləri, pedaqoji heyət üzvləri və sahə üzrə mütəxəssislər iştirak edib. Tədbirin sonunda iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıb və gələcək fəaliyyət istiqamətləri üzrə tövsiyələr irəli sürüblər.
Bu cür tədbirlərin keçirilməsi təhsil müəssisələrində keyfiyyətin artırılması və müasir tələblərə cavab verən təhsil mühitinin formalaşdırılması məqsədini güdür.