image-qanunla-reklam
image-img_20211207_102938

Şagirdin neqativ hərəkətləri ilə bağlı araşdırma başlandı

image-lady-day-az

Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir.

Qanunla.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, rayon polisinin rəhbər şəxsləri hazırda məktəbdədir:

“Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatı yerində yoxlanılır. Neqativ halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki