image-970_50
image-sahbaz-kelbecer1

Şahbaz Quliyev Kəlbəcərdə girov düşdüyü yerdə – Foto

image-728_90

Keçmiş girov Şahbaz Quliyev doğma yurdu Kəlbəcəri ziyarət edib.

Qanunla.Az xəbər verir ki, bu barədə Modern.az-a o özü məlumat verib.

Bu yaxınlarda Kəlbəcər rayonuna gedən Ş.Quliyev illər öncə ermənilər tərəfindən girov götürüldüyü yerə də baş çəkdiyini bildirib.

“Bir neçə gün əvvəl Kəlbəcərə getmişdim. Saxlanıldığım yerə baş çəkdim, azad olunmuş torpaqlarımıza ayaq basdım, oraları ziyarət etdim”, – Ş.Quliyev vurğulayıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2014-cü ilin iyul ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov Bakıya gətirilib.

 

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki