image-2000_150
image-970_50
image-img_20210408_212315backend

Sahibkar: Goranboy Icra Başçısının Köhnəsi Getdi Yeni Gələn Bizə Qan Uddurur-Video

image-728_90

Təəsüflər olsun ki, Goranboy rayonu mətbuatda ən çox tənqid olunan rayonlardan biri, bəlkə də birincisidir. Bunun da bəlli səbəbləri heç kəsə sirr deyil. Məsələ orasındadır ki, rayonda ciddi şəkildə qanun pozuntusu, məmur özbaşınalığı hökm sürür. Əhali az öncə vurğuladığım kimi, məmur özbaşınalığından təngə gəlib, sahibkarlar intihar həddinə çatmaqdadır. Belə şikayətçilərdən biri də, Goranboy rayonu Pənahlılar kənd sakini Həsənov Eldar İbrahim oğludur.
Vətəndaşla görüşüb onu narahat edən səbəbi açıqlamasını xahiş etdik. Məlum oldu ki, E.Həsənovun icarəsində olan örüş sahəsinin 15 illik müddəti bitdiyi üçün o, yenidən bu müddətin artırılması məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, həm icra başçısı Məhərrəm Quliyev, həm də onun müavini Rafət Qurbanov tərəfindən incidilir.Sizi incidirlər deyəndə nəyi nəzərdə tutursunuz? – sualımıza vətəndaşın cavabı aşağıdakı kimi oldu:Bundan qabaqkı icra başçısı Nizaməddin Quliyevin vaxtında da buna oxşar hal yaşanmışdı. Bununla bağlı nə az, nə çox 9 dəfə məhkəmə baxışı da olub. Köhnə başçının verdiyi saxta sərəncam ləğv edilib. Lakin təəssüf ki, əlimdə olan nə məhkəmə qətnamələri, nə Dövlət Reyestr Xidmətinin torpağın adıma olmasını təsdiq edən sənəd belə özbaşına məmurların əlindən “işə yaramır”.Goranboy RİH-dən mənə verilən cavab isə belə olub ki, guya qanunvericiliklə Göygöl sakininə Goranboyda torpaq sahəsi icarəyə verilə bilməz. Bəs belə olan halda, qarşı tərəfə dediyim “mənim bacım oğlu Qarabağ uğrunda Goranboyda həlak olub, siz onu qaytarın, mən də torpağınızı qaytarım”, deməyim qarşı tərəfdə əməlli başlı qıcıq yaratdığı üçün yaşıma baxmadan məni təhqir və təhdid etməkdən də çəkinmədilər. Axı, olmazmı ki, Goranboyda icarə torpaq sahəsindən istifadə etməklə mən, Qarabağda şəhid olan bacım oğlunun da ailəsinə dəstək olum?İki ildir icarə haqqını ödəsəm də, örüş sahəmdə heyvandarlıqla doğru-düzgün məşğul ola bilmirəm. RİH başçısının müavini R.Qurbanov hər vəchlə çalışır ki, məni incitməklərindən təngə gəlib torpaq sahəsini əlimdən verim. Belə düşünürəm ki, Rafət Qurbanovun torpaq sahəsinin mənim əlimdən çıxmasında şəxsən marağı var. O, bu işlərin baiskari kimi köhnə başçının vaxtından “peşəkardır”. Goranboyda mənim kimi onlarla sahibkar var ki, aylardır məhkəmələrdə zülm çəkirlər.Sözümün sonunda mən, bir vətəndaş kimi cənab Prezident İlham Əliyevə üz tutub Goranboy rayonunda hökm sürən məmur özbaşınalığından imdad diləyirəm. Demək istəyirəm ki, cənab başçı, siz DƏMİR YUMRUQ siyasəti ilə ermənilər kimi mənfurları əzə bildiniz. İndi də çox xahiş edirəm, o yumruğu RİH başçısı Məhərrəm Quliyev və onun müavini Rafət Qurbanova tətbiq etməklə, onların hər üçünü nəzarətə götürəsiniz. Bəlkə onda bu iki şəxs özlərindən əvvəl vəzifədə olan, zamanında rayon sakinlərinə az çəkdirməyən keçmiş başçı Nizaməddin Quliyevin yolunu getməkdən çəkinərlər.

P.S. Köhnə Quliyev getdi, yeni Quliyev gəldi, amma Goranboyda şikayətlər səngimədi…

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki