2023-cü il sentyabrın 19-da başlayan antiterror əməliyyatı zamanı Samvel Şahramanyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə əlaqə saxlayıb.
“Qanunla.az” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
O, dərhal atəşkəs elan olunmasını, danışıqlarda Samvel Babayanın iştirak etməsini xahiş edib. Lakin Azərbaycan tərəfi onu yalançı və dezinformasiya yayan hesab edərək Babayanı Ermənistana göndərməyi tapşırıb.
DTX bildirib ki, sadəcə olaraq “Artsax”ın buraxılması haqqında bəyannaməyə imza atılmalıdır.