image-qanunla-reklam
image-unnamed

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru mərkəzə məxsus  nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün istifadə edir-FOTO

image-lady-day-az

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru mərkəzə məxsus nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün istifadə edir.

Qanunla.Az saytına daxil olan məlumata görə,Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Seyran Ağalarov mərkəzə məxsus 99-PH-562 nömrəli nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün istifadə edir.

Belə ki,direktorun göstərişinə əsasən dövlətə məxsus nəqliyyat vasitəsi hər gün gəlir gətirmək üçün taksi fəaliyyətində istifadə olunur.Aldığımız məlumata əsasən hətta  Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Seyran Ağalarovun göstərişil İIə nəqliyyat vasitəsinin üzərinə həkk olunmuş Gigiyena və Epidemiologiya Mərkəzinə aid yazılar silinib.

Qeyd edək ki,Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion, parazitar xəstəliklərin və kütləvi qida zəhərlənmələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki