Əvvəlcə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri tərəfindən Salyan şəhərindəki Şəhidlərin abidəsi ziyarət olunmuş, önünə gül-çiçək dəstələri qoyulmuşdur. Anım mərasimində çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsi haqqında məlumat vermiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Salyan rayonu da öz töhfəsini vermişdir.
Qanunla.Az xəbər verir ki,daha sonra çıxış edən Milli Məclisin deputat Fəzail Ağamalı qeyd edib ki,Müzəffər və Xilaskar Ali Baş Komandan İlham Əliyev yaratdığı modern ordu ilə 30 illik erməni işğalına və aramsız xarakter daşıyan təxribatlara son qoymaq üçün 27 Sentyabr 2020-ci ildə iradəsini və qətiyyətini ortaya qoyaraq, qəhrəman Silahlı Qüvvələrimizə əks-hücum əmrini verdi. İllər uzunu işğalçı düşmənə qarşı qisas hissini bütün düşüncə və ruhunda yaşadan igid əsgər və zabitlərimiz 44 gün günahsız soydaşlarımızın qanını içən, Xocalı soyqırımını törədən, işğal olunan yurdumuzu, təbiətimizi dağıdan, talan edən vandal düşmənə qan qusdurdu, ordusunu çökdürdü, saxta dövlətinə ağır zərbələr, sağalmaz yaralar vurdu.
44 günlük zəfər müharibəsində olduğu kimi, bu gün də, gələcəkdə də bütün xalqımızla birlikdə dövlətimizlə, ölkəmizi böyük zirvələrə qaldıran möhtərəm, cənab prezidentimizlə çiyin-çiyinə dayandığını və qısa zaman kəsiyində Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrimizdə də suverenliyimizin təmin edilməsinə əminliyini və dərin inamını bəyan edir.









Səmil Şahlaroğlu