image-qanunla-reklam
image-polis-idare

Salyan sakini itkin düşdü

image-lady-day-az

Salyan rayon sakini itkin düşüb.

Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 45 yaşlı Əli Əliyev sentyabr ayının 22-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

“Əli Əliyevin əlamətləri belədir: boyu 160 sm., orta bədən quruluşlu, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara qəngli ayaqqabı olub.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 050-756-25-25 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki