image-qanunla-reklam
image-9501bc55-05c6-37c7-a209-187ed980c095_850

Salyan sakini özünü işlədiyi idarənin qarşısında yandırıb

image-lady-day-az

Salyan rayon sakini özünü yandıraraq intihara cəhd edib.

Qanunla.az-ın məlumatına görə, hadisə Salyan Rayon Yaşıllaşdırma İdarəsinin qarşısında qeydə alınıb.

Belə ki, həmin rayonun sakini, 1995-ci il təvəllüdlü Coşqun Quliyev özünü yandıraraq intihara cəhd edib.

Onun Salyan Rayon Yaşıllaşdırma İdarəsinin işçisi olduğu bildirilir.

Yaralı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmin şəxs Bakıya göndərilib.

Bildirilib ki, xəstənin vəziyyəti orta-ağırdır: “Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra Respublika Yanıq Mərkəzinə təxliyə edilib”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı fotonu sosial şəbəkədə Emil Məmmədov paylaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki