image-qanunla-reklam
image-1675054456_63d74d02c31eb63d74d02c31ec167505433863d74d02c31e963d74d02c31ea

Salyanda evə basqın edən şəxs saxlanıldı

image-lady-day-az

Salyanda quldurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qanunla.az”a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə basqın etməkdə şübhəli bilinən rayon sakini Yaşar Məmmədov saxlanılıb.

Həmin şəxs ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, Y.Məmmədov tanışı, hal-hazırda qeyd edilən hadisəyə görə həbs olunmuş Aydın Nəzərovla qabaqcadan əlbir olaraq ötən ilin dekabr ayının 18-də səhər saatlarında Salyan rayonu ərazisində yerləşən evlərin birinə basqın ediblər.

Ev sahibinə hədə-qorxusu gələrək qızıl-zinət əşyaları və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək həmin ünvanı tərk ediblər.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki