Salyan sakinləri dəm qazından zəhərlənib.
Qanunla.Az xəbər verir ki, hadisə rayonun “MTS” adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin massivdə yaşayan, 1952-ci il təvəllüdlü Qasımova Sevil Əliağa qızı və 1968-ci il təvəllüdlü Sadıqova Sevinc Əlihüseyn qızı evdə dəm qazından zəhərlənib.
Hər iki qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.