Salyan rayonunda (Ələt-Astara magistral avtomobil yolunun 60-cı kilometrliyi) ümumi sahəsi 1000 m² olan birmərtəbəli mağazanın yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Bu barədə “Qanunla.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.