image-qanunla-reklam
image-salyan-1

Salyanda şadlıq sarayının sahibi cərimə olundu

image-lady-day-az

 

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı rayonun Yenikənd kəndində yerləşən “İSAQ PLAZA” şadlıq sarayında qaydaların pozulması halları aşkarlanıb.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə adıçəkilən şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

Qaydaları pozan şadlıq sarayının sahibi Səxavət Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və o, 4000 manat cərimə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki