image-qanunla-reklam
image-245047500_1199608493884498_4990795546293414050_n

Salyanda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb-FOTO

image-lady-day-az
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Kənan Elşad oğlu Həsənovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideyinlərinə başsağlığı verilmişdir.
Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı Qaraçala qəsəbəsində yerləşən ata ocağında davam etmişdir. Azərbaycan Ordusunun əsgəri Kənan Həsənov ölkəmizin suverenliyi uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş və 10 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə şəhid Kənan Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyev tərəfindən verilmiş “Laçının azad olunmasına görə” medalını onun valideyninə təqdim etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Səmil Şahlaroğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki