image-qanunla-reklam
image-ee57f21d-c4a7-38ef-a83d-2c806b7d09b2_850

Şamaxıda evdə baş verən partlayışla bağlı cinayət işi başlanılıb

image-lady-day-az

 

Şamaxı rayonunda evdə baş verən partlayışla bağlı cinayət işi açılıb.

Bu barədə  Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş verən partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki