image-qanunla-reklam
image-samir-serifov-yeni

Samir Şərifovun sədrliyi ilə iclas keçirildi

image-lady-day-az

Avqustun 24-də maliyyə naziri Samir Şərifovun sədrliyi ilə “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 fevral tarixli sərəncamı ilə yaradılmış Dayanıqlı dövlət borcu və büdcə sabitliyini təmin edən makro-fiskal çərçivə üzrə Alt İşçi Qrupun videoformatda iclası keçirilib.

Bu barədə Qanunla.Az-a Maliyyə Nazirliyindən məlumat verilib.

İclasda alt İşçi Qrupun tərkibinə daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Maliyyə Nazirliyi tərəfindən yeni qlobal iqtisadi reallıqlara və çağırışlara uyğun olaraq büdcə qaydası tətbiqinin bərpası və təkmilləşdirilməsi, habelə dövlət borcunun idarəedilməsi strategiyasının yenilənməsi ətraflı müzakirə olunub, orta və uzunmüddətli dövr üçün makro-fiskal çərçivəni formalaşdıran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki