Samux rayonunda məktəbdə soyğunçuluq olub.
Bu barədə Qanunla.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 12-də Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.