Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Eşlən Bayramov rayonun Sərkar kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərədə tutulan anbara qeyri-qanuni yolla daxil olaraq oradan, ümumi dəyəri 3 000 manat olan, müxtəlif elektrik avadanlıqlarını oğurlayıb.
Oğurladığı əşyaları 200 manata satdığını etiraf edən E.Bayramov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.