image-qanunla-reklam
image-1617958695_prezident-armenii-armen-sarkisyan-1200x675

Sarkisyan hərbi kəşfiyyata yeni rəis təyin etdi

image-lady-day-az

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Arakel Martikyan tutduğu vəzifədən azad edilib.

Qanunla.Az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Belə ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Araik Arutyunyan bundan əvvəl ordunun 2-ci korpusunun komandiri vəzifəsində işləyib.

Prezidentin sərəncamına görə, Vaqram Qriqoryan isə ordunun 2-ci korpusunun komandiri vəzifəsinə təyin edilib.

Yeni təyinatlar Ermənistanın Baş naziri Nikol Paşinyanın təkliflərinə əsasən imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki