image-qanunla-reklam
image-1595230583-mehkeme1_1576835170

“Şaving İnşaat”ın direktorunun cinayət işi məhkəməyə göndərildi

image-lady-day-az

Şirkət direktorunun məhkəməsi başlayır.

Bu barədə Qanunla.Aza Quba Rayon Prokurorluğundan məlumat verilib.

2021-ci il mayın 23-də Quba şəhərində tikilən “xeyir-şər” evinin tikintisi zamanı bir nəfər şəxsin elektrik cərayanı vuraraq ölməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılmışdır.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Ərzuman Bayramovun əmək müqaviləsi bildirişinə əsasən «Şaving İnşaat» MMC-nin direktoru vəzifəsində işləyərkən Quba şəhərində “xeyir-şər” evində yəni tikinti-quraşdırma işlərinin təhlükəsiz görülməsi üçün müvafiq təşkilati və texniki tədbirlər görmədən, Vasif Sadıqovu müvafiq qaydada işə qəbul etməklə onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar və bilik səviyyəsinin yoxlanılması işlərini aparmadan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozması səbəbindən tikinti işlərinə cəlb edilmiş Vasif Sadıqov elektrik cərayanı vurması nəticəsində aldığı xəsarətlərdən ölmüşdür.

Ərzuman Bayramov Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki