image-qanunla-reklam
image-1617339782_7bd02925-79aa-4084-b0ae-90323c90c646-1

Seçdikləri deputatdan yarımayan Mingəçevir sakinləri İcra başçısından da narazıdır – VİDEO

image-lady-day-az

“Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə vəzifə başında əyləşən yerli İcra başçıları, məsuliyyətsiz məsul orqanların fəaliyyəti deyil, fəaliyyətsizliyi barəsində hər gün media gündəmində məlumatlar dərc olunur. Prezident İlham Əliyevin göstərişinə əsasən islahatlar keçirildi. Çoxları yalnız işdən azad edilməklə deyil, həbs cəzası ilə də cəzalandırıldılar.
Lakin, çox təəsüflər olsun digər məmurlar bu qədər görülən tədbirlər, kəsilən cəzalardan heç bir nümunə götürmək istəmirlər.
Görünür hələ də onlar “vəzifə borcu” deyərkən, düz gözlərinin önündə olan, hər baxanda “dərindən nəfəs alıb, özlərini xoşbəxt hiss etdikləri” seyfə yığdıqları məbləği başa düşürlər. Hansı ki, idarəçiliklərində olan ərazinin sakinlərinə xidmət etmək, onların problemləri ilə maraqlanıb, həll etmələri üçün Prezident tərəfindən o vəzifəyə təyin olunduqlarını ya dərk etmirlər, ya da toxunulmaz hesab etdikləri vəzifəyə arxalanıb, kimsədən qorxmadan, Prezidentin tapşırıqlarına, əmrlərinə qeyri-ciddi yanaşırlar.
Dogruxeber.az olaraq mövzunu bu qədər aqressiv açmamıza səbəb redaksiyamıza hər gün gələn vətəndaş ərizələri, vətəndaş şikayətləridir ki, izləyicilərimiz də bu həqiqətin hər zamankı şahidləridir.
Vəzifəyə təyin olunan kimi bütün varlığı ilə “taxt-tacına hopub” “şah”ı olduqları məmləkətin əhalisini görməmək üçün onlarla “aralarına pərdə çəkən” İcra Hakimiyyəti başçılarından biri də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.
Demək olar ki, hər gün bir rayonun sakini öz rayonunda rastlaşdığı problemin işıqlandırılması üçün müraciət edir, eyni zamanda hər gün bununla bərabər başqa-başqa Mingəçevir sakinləri tərəfindən də şəhər İcra Hakimiyyətindən, İlham İsmayılovdan gileyli müraciətlər redaksiyamıza daxil olur.

Şikayətlərin əsasını isə dağılmış yollar, qəza vəziyyətində olan yaşayış binaları, evsiz qalan şəhid ailələri, torpağının sənədini ala bilməyən Qarabağ veteranı, və sair təşkil edir. İndi deyəcəksiniz ki, bunların hamısı təkcə İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində deyil axı.

Haqlısınız. Əvvəla onu qeyd edək ki, biz mövzunu başlayarkən məsuliyyətsiz məsul orqanları da vurğulamışdıq.
Amma, gəlin düşünək!
Hansı rayonda fəaliyyət göstərən, hansı qurumun fəaliyyətinə rayon İcra Hakimiyyəti qarışmır?! Bunun biz Prezidentin göstərişi ilə keçirilən islahatlar zamanı bütün “özünəqulluq” fəaliyyətləri ifşa olunan İcra başçılarında canlı şahidi olduq. Hansı ki, Rayon Mərkəzi Xəstəxanasından aylıq 2000 (iki min) AZN rüşvət alıb, xəstəxanada rüşvətxorluğa icazə verən İcra başçıları var idi.
Bütün bunlar saydığımız problemlərin əsas kökündə İcra Hakimiyyətini qınamağa haqq verən səbəblərimizdəndir.
Şəhərin mərkəzində Heydər Əliyev prospektinin, Rəsulzadə küçəsinin yağışlı havada yaranan mənzərəsi, ikinci mərtəbədə yaşayan qonşusunun mənzilinə artırdığı eyvanın, altında eyvan artırmaq istəyən, lakin, “bu qanunla mümkün deyil” cavabını alan imkansız ailənin gileyi, yaşamağa yararsız, nəmli divarlar arasında böyüyən şəhid körpəsinin, şəhid ailəsinin acınacaqlı durumu, sakinlərinin dili ilə desək başlarına kanalizasiyanın çirkab suları töküldüyü üçün “ayaqyoluna zontiklə gedən” uçma təhlükəsi ilə üz-üzə olan binanın dəhşət saçan görüntüləri, və.s. bu kimi saymaqla bitməyən problemlər Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun tutduğu vəzifədəki fəaliyyətsizliyinin sübutudur.

Bu qədər problemləri özümüzdən demirik, hamısını əks etdirən görüntülər əlimizdədir. Biz də dogruxeber.az redaksiyası olaraq, KİV haqqında qanunların tələbinə uyğun, vəzifə borcumuzu yerinə yetirib Mingəçevir Şəhər İcra Hakimiyyətinin internet səhifəsində qeyd olunan telefon nömrəsi ilə İnformasiya Təminat və təhlil sektorunun müdiri Azər Hacıyevi arayıb, məsələyə münasibət bildirmələrini istədik. Azər müəllim cavab verdi ki,”bu bizim şöbəyə aid deyil, digər şöbə baxır.” Xahiş etdik ki, bizim telefon nömrəmizi aidiyyəti şöbəyə versin, bizimlə əlaqə saxlayıb münasibət bildirsinlər.
Lakin, çox təəsüflər olsun ki, Şəhər İcra Hakimiyyətindən bizimlə əlaqə saxlayan olmadı.

PS: Bu gün Heydər Əliyev pr. 84 ünvanında yerləşən 8 korpuslu yataqxananın komendantı Mehman Sədiyev redaksiyamız ilə əlaqə saxladı, yataqxanaların mövcud vəziyyəti ilə bağlı məsələyə münasibət bildirdi.
M.Sədiyevin sözlərinə görə sözügedən binalar həqiqətən də qəzalı vəziyyətdədir və o, buna dair Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edib. Onun müraciətindən sonra Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli əməkdaşı gəlib binaya baxış da keçirib. Lakin, hələ də sözügedən binanın təmiri və ya yenidən bərpası barədə FHN tərəfindən rəsmi qərar verilməyib.
M. Sədiyev onu da qeyd etdi ki, İcra Hakimiyyəti tərəfindən təmir-bərpa işləri üçün müəyyən işlərə başlanılıb.
Ardı var…
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki