Bir neçə il öncə bələdiyyə seçkiləri zamanı gündəmə gələn, Bakı şəhər Yasamal rayon 13 saylı orta məktəbin idman müəllimi Əfruz Hacıyeva vəfat edib.
“Qanunla.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib.
13 saylı məktəbdən bildirilib ki, Əfruz Hacıyeva bir müddət əvvəl yaşla əlaqədar pensiyaya çıxıbmış.
Qeyd edək ki, Ə.Hacıyeva 2014-cü il bələdiyyə seçkilərində yol verilmiş qanunsuzluq hallarının görüntüləri ilə bağlı gündəmə gəlmişdi.
Həmin vaxt Əfruz Hacıyeva 15 saylı Yasamal I Seçki Dariəsinin 12 saylı seçki məntəqəsinin üzvü idi.