image-qanunla-reklam
image-f10a2a7b-fdfe-3aa4-ae8e-23c61717c2d2_850

Səfir: “Şuşa Bəyannaməsinin bütün türk dövlətlərinə şamil olunmasını arzulayırıq”

image-lady-day-az

“Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümündə belə bir tədbirin keçirilməsi çox əhəmiyyətlidir”.

Qanunla.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

“Bu həm də seçdiyimiz yol xəritəsində harada olduğumuzu, hansı işləri görməli olduğumuzu müəyyənləşdirmək üçün tarixi dəyərləndirmədir. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini özündə əks etdirməsinə baxmayaraq, həmin sənədin məzmununun türk birliyinin ümumi vəzifəsinə çevriləcəyinə inanıram. Şuşa Bəyannaməsində göstərilir ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf etməlidir. Bu, bizim üçün təlimatdır. Bunun bütün türk dövlətlərinə şamil olunmasını arzulayırıq”, – o bildirib.

 

Səfir: Şuşa Bəyannaməsinin bütün türk dövlətlərinə şamil olunmasını arzulayırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki