Sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb.
“Qanunla.az” xəbər verir ki, iddia olunub ki, o, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdar vəsaitlərini ələ keçirib. Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18000 AZN pul alıb.
Məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov bildirib ki, nazirlik bu məsələdən məlumatlıdır:
“Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.