image-970_50
image-image_750x422_5c4ef6cf5aa9b

Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi uğurla həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir

image-728_90

Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi uğurla həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir

Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
Bu tədbirlərin davamı olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən də bu sahədə işlərin görülməsi həyata keçirilir. Bununla bağlı sakini olduğum Zərdab rayonunun icra hakimiyyəti tərəfindən şəhid ailələrini, qazilərini və Qarabağ müharibəsi iştirakçılarını narahat edən məsələlərin həlli ilə bağlı təxirə salınmaz işlərin görülməsi təmin edilir. Belə ki, Vətən müharibəsi zamanı şəhid olmuş hərbi qulluqçularımızın ailələri daim diqqət və qayğı ilə əhatə olunaraq onlara maddi və mənəvi dəstək göstərilir. Həmçinin vətən müharibəsində iştirakı zamanı xəsarət alaraq sağlamlığını itirən şəxslərin müalicə və müayinəsi üçün də yerli tibb müəssisələrinə lazımı tapşırıq və göstərişlər verilmişdir.

Rəşid Şərifov – Əlvənd kənd sakini, ağsaqqal

Dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir

44 gün davam edən və işğalçı, təcavüzkar Ermənistanın sarsıdıcı məğlubiyyəti ilə başa çatan İkinci Qarabağ müharibəsindən—“Dəmir yumruq” əməliyyatından sonra respublikamızda sosial siyasətin institutlaşdırılması istiqamətində mühüm tədbirlər hazırlanıb həyata keçirilir.
Ürəkaçan haldır ki, dövlətimizin bu sahədəki prinsipiallığı artıq öz bəhrəsini verməkdədir və bu da insanları çox sevindirir.
Bəli, Prezident cənab İlham Əliyevin imzaladığı 2021-ci il 7 yanvar tarixli Fərmana əsasən yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan çox mühüm, önəmli addımdır. Axı bu Fərman elə Zərdab rayonunda da hər bir Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üçün dövlət xidmətlərini əlçatan edir, bu kateqoriyadan olan insanların dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını qat-qat artırır. Başqa sözlə desək, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.
Qeyd edək ki, ötən qısa müddət ərzində Zərdab rayonunda bu istiqamətlərdə görülən mühüm işlər, dövlət xidmətlərinin əlçatanlığı, həmyerlilərimiz olan Vətən müharibəsi iştirakçılarında və şəhid ailələrində razılıq doğurur, onları məmnun edir. Ən başlıcası isə, bu insanlar respublikamızda, o cümlədən rayonumuzda sosial siyasətin institutlaşdırılmasının məhz onların sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət etdiyini gördükcə bugünkü və gələcək təminatlarından daha da əmin-arxayın olur, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər.

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru

Qazi və şəhid ailələrinə yardımların
göstərilməsi dövlətin sosial siyasətidir

Azərbaycan hər zaman sosial dövlət siyasətinə sadiqdir. Ölkəmizdə həssas təbəqədən olan insanlara hər zaman diqqət və qayğı mövcuddur. İstər I Qarabağ, istərsə də II Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün ən vacib məsələlərdəndir. Bu siyasətin bariz nümunəsi cənab prezidentimiz İlham Əliyevin Sərəncamı ilə şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsini daim diqqətdə saxlayacaq “YAŞAT” Fondunun yaradılmasıdır. Fond fəaliyyətə başladığı gündən davamlı olaraq şəhid ailələrinin və qazilərin həyat şəraitinin yaxşılaşdırılması istqamətində maddi və mənəvi dəstəyini əsirgəməmişdir.
Zərdab rayon sakini olaraq “YAŞAT” Fondu tərəfindən şəhid olmuş hərbçilərmizin ailələrinə yüksək səviyyədə dəstək olaraq, maddi və mənəvi köməkliklər etdiyinin şahidi oluruq. Həmçinin Vətən müharibəsi zamanı öz sağlamlığını itirmiş həmyerlilərimizin müalicə və müayinəsi də daim diqqət mərkəzində saxlanılaraq ölkəmizin müasir tibbi avadanlıqla təmin olunmuş müxtəlif xəstəxanalarına, reabilitasiya mərkəzlərinə göndərilməsi təmin edilir.

Rafiq Məmmədov – Zərdab şəhər sakini, ağsaqqal

Nəzərdə tutulan və həyata keçiriləcək bütün işlər Azərbaycan
vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına yeni töhfələr verəcək

Hər birimizə məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ Dirçəliş Fondunun yaradılması ilə əlaqədar fərman imzalamışdır. Əlbəttə ki, bu fondun yaradılmasında məqsəd 30 il ərzində erməni vəhşiləri tərəfindən tarixi ərazilərimizin, dağıdılmış şəhər, kənd və qəsəbələrimizin bərpası üçündür. Rəşadətli ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə zəfər qazanaraq Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edərək tarixin ən yadda qalan dövrünə qədəm qoydu. Qarabağ Dirçəliş Fondunun yaradılması 30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən bərpası, həyata qaytarılması, ölkənin siyasi iqtisadi suverenliyinin güclənməsi mühüm dayaqlarından biridir. Azərbaycan dövlətinin Qarabağ siyasətinin konkret təzahürü olan bu fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində işğaldan azad olunmuş ərazilərimiz tamamilə yenidən qurulacaq, orada müasir şəhər, qəsəbə və kəndlər salınacaq, bölgəyə təhlükəsiz həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerinə qayıdacaqlar. Bütün bu nəzərdə tutulan və həyata keçiriləcək işlər Azərbaycan vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına yeni töhfələr verəcək.

Veysəl Sadıqov – Şəftəhal kənd sakini, ağsaqqal

 

Dövlətin qayğısı zərər çəkmiş bütün mülkü əhalini əhatə edəcəkdir

Azərbaycan tarixini dərindən bilən hər kəs çox yaxşı bilir ki, ən qədimlərindən ermənilər bizim torpaqlara təcavüz etmiş, qeyri qanuni yollarla bu torpaqlarda yerləşdirilmişlər. Müxtəlif dövrlərdə qəsbkarlıq siyasəti yürüdən Ermənistan 27 sentyabr 2021-ci il tarixindən yenidən Azərbaycan ərazisinə silahlı təcavüz etdi. Erməni vandalları tərəfindən törədilən bu hücum nəticəsində mülkü əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə küllü miqdarda ziyan vuruldu. Təcavüz nəticəsində ortaya çıxan bu ziyanın aradan qaldırılması, sistemli tədbirlərin görülməsi məqsədilə Dövlət Komissiyası yaradıldı. Dövlətimiz zərər çəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi, məişət və şəxsi əşyalara dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan vətəndaşlarına yardımlar edir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış yerləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə müəyyən olunmuş məbləğdə ödəmələr edilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər bir Azərbaycan ailəsinə diqqət və qayğısının bariz nümunəsidir.

Ceyhun Abdullayev – YAP fəalı

Ölkəmizdə Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları
daim diqqət və qayğı ilə əhatələnir

Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcuddur. Qeyd edilən kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun əsas istiqamətlərindəndir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın  ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar davamlı olaraq tədbirlər həyata keçirilir. Bu istiqamətdə cənab Prezident tərəfindən imzalanmış Fərman və Sərəncamlar, o cümlədən “YAŞAT” Fondunun yaradılması, I Vitse Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin yüksək səviyyədə davam etdirilməsi, yaralı hərbiçilərimizin ən müasir tibb ocaqlarında müayinə və müalicə olunaraq öz sağlamlıqlarına qovuşmaları üçün davamlı tədbirlərin həyata keçirilməsi qeyd edilən kateqoriyadan olan insanların hər zaman diqqətdə saxlandıqlarının bariz nümunəsidir.

Taleh Yusifli – fəal gənc

 

Ali Baş Komandan İlham Əliyevin hərbiçi, qazi və şəhid ailələrinə
xüsusi qayğı və diqqətlə yanaşdığı göz qabağındadır

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbiçilərə psixoloji yardım göstərilməsi ilə əlaqədar olaraq bu gün dövlətimiz çox böyük işlər görür. 44 günlük Vətən müharibəsində iştirak etmiş hərbiçilərimizə qayğı göstərmək bizim hər birimizin borcudur. Azərbaycan əsgəri layiq olduğu ada görə də qayğı görməlidir. Azərbaycan hökuməti ikinci Qarabağ Müharibəsində yaralanan qazilərə psixoloji yardım edilməsi üçün peşəkar mütəxəssisləri ölkəmizə cəlb etmişdir. Qazilərimizə nəinki tibbi psixoloji cəhətdən yardım və kömək göstərmək eləcə də onların ailələri və yaxınları ilə görüşlər keçirilir. Azərbaycanın hər yerində olduğu kimi rayonumuzda da bununla əlaqədar olaraq xeyli işlər görülür. Onu da qeyd edək ki, Ağdaş Regional Mədəniyyət idarəsi Zərdab Rayon Nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən mədəni-maarif müəssisələrinin-Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq İncəsənət Məktəbinin əməkdaşları mütəmadi olaraq şəhid və qazi ailələri, eləcə də Vətən müharibəsinin iştirakçısı olmuş əsgərlərimizin ailələri ilə görüşmüş onlara mənəvi və maddi dəstək göstərmişlər.
Ali Baş Komandan İlham Əliyevin hərbiçi, qazi və şəhid ailələrinə xüsusi qayğı və diqqətlə yanaşdığı göz qabağındadır. Bütövlükdə müharibədən sonra bu məqsədlə Dövlət Komissiyasının yaradılması müsbət haldır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Döyüşlərdə fədakarlıq göstərmiş şəhidlərin ailələri və qazilərimizin
qayğıları hər zaman dövlətimizin diqqət mərkəzində olacaqdır

44 günlük Vətən müharibəsi göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır.
Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar öz həyatlarında hiss edirlər. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzindədir. Döyüşlərdə fədakarlıq göstərmiş şəhidlərin ailələri və qazilərimizin qayğıları hər zaman dövlətimizin diqqət mərkəzində olacaqdır. Bu gün dövlətin yardımı ilə şəhid ailələri və qazilərə sahibkarlıqla məşğul olmaq üçün lazımı vəsaitlər verilir, onların işlə təminatı məsələləri diqqət mərkəzində saxlanılır. Bu da Azərbaycan dövləti və Prezident İlham Əliyevin sosial siyasətinin əsas strateji prioritetlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərlə bağlı planlar, daha müasir şəhər və kəndlərin salınmasına xidmət edəcək “ağıllı şəhər”, “ağıllı kənd” layihələri bu ərazilərimizi əvvəlkindən də diqqət çəkən edəcək. Qarabağımız yenə Cənnət Qarabağ adını özünə qaytaracaqdır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Dövlətin qayğısı zərər çəkmiş bütün mülki əhalini əhatə edir

100 ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər hazırda da davam etdirilir.
“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamında qeyd edilir ki, erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır. Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüf ki, bu işləri ölkəmizin bütün ərazilərində aparmaq mümkün deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının mülki vətəndaşlarına külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Dövlətin qayğısı zərər çəkmiş bütün mülki əhalini əhatə edir. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət tərəfindən davamlı maliyyə yardımları göstərilir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Mülki əhaliyə dəymiş ziyanın ödənilməsi Azərbaycan dövlətinin
öz vətəndaşlarına yüksək qayğısının göstəricisidir

Ölkə Prezidentinin noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncam imzalaması, həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyasının yaradılması bir daha ölkəmizdə vətəndaşların sosial problemlərinin həlli məsələsinin aktuallığını göstərir. Xatırladaq ki, bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalanıb və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb. Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Sərəncamda, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi tapşırığı da öz əksini tapıb. Məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir. Göründüyü kimi dövlətimiz tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirə salınmadan davam etdirilir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

Dövlət vətəndaşının yanındadır

Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir. Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, xalqa arxalanıram, onlardan güc alıram. Eyni zamanda, daim bu fikir səsləndirilir ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır.
Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına hər zaman diqqətlə yanaşılıb, onlara sevgi və qayğı göstərilib. Çünki bu onlara münasibətdə dövlətimizin əsas vəzifələrindən biridir.  Bu bir daha onu göstərir ki, dövlət vətəndaşının yanındadır. Vətəndaşın hər bir problemi həll olunur və bu proses hər zaman davam edəcək. Dövlətimiz və xalqımız  hər zaman vətəndaşlarımızın fədəkarlıqlarını layiqincə dəyərləndirir və bu proses davam edəcəkdir.
Hər zaman siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan Prezident İlham Əliyev atdığı addımlarla, verdiyi qərarlarla xalqın sevimli liderinə çevrilib.
Dövlət başçısının məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəlib. Bu məsələ barədə cənab Prezident qeyd edir ki, xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir.”
Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaqdır.
Xalqının bu gününü və gələcəyini düşünən, hər zaman xalqına arxalanan Prezidentə milyonların sevgisi şəksizdir. Dövlətimizin başçısı, Ali baş Komandan İlham Əliyevə vətəndaşlar tərəfindən ünvanlanan saysız-hesabsız təşəkkür və minnətdarlıq məktublarında da bu sevgini şərtləndirən amillər öz əksini tapır.

Könül Rəhimova-Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru

Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır

Torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi qeyd olunmalıdır. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı mövcuddur.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.
Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır.

Eldar Xəlilov- Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki