image-qanunla-reklam
image-1625666298_02

Şəhid ailəsinə medal təqdim olundu

image-lady-day-az

Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Vüqar Seyidov tərəfindən şəhid  Kapitan Abdullayev Rəşad  Arif oğlunun ailəsi ilə görüş keçirilib və Vətən Müharibəsi Qəhrəmanı adının vəsiqəsi və medalı ailəsinə təqdim olunub.

Qanunla.az xəbər verir ki, görüşdə şəhid ailəsinin ,övladlarının arzu və istəkləri dinlənilmişdir. Onlara torpaqlarımızın işğaldan azad edilməsinin hər birimizdə qürur doğurduğu və bu amal uğrunda fədakarlıq göstərənlərin Dövlətimizin, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqları söylənilmişdir. Vətən Müharibəsi Qəhrəmanının ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Sonda şəhidin ailəsi və övladları ilə birlikdə xatirə şəkli çəkilib.

Şəhid ailəsinə medal təqdim olundu

Şəhid ailəsinə medal təqdim olundu

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki