image-qanunla-reklam
image-elcin_ezizov_-bas_leytenant

Şəhid baş leytenant Elçin Əzizovun bu gün ad günüdür

image-lady-day-az

Şəhid baş leytenant Elçin Əzizovun bu gün ad günüdür.

Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Qəhrəman şəhidimiz şiddətli döyüşlərdə xeyli sayda düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv edib.

Qəhrəmanımız həmişə düşmən tapdağı altında olan torpaqların xilası barədə düşünüb: “Qüsursuz xidmətə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunmuşdu. Taleyi onu Cəbrayıl tərəf çəkirdi. Cəbrayılı qaytarmaq onun ən böyük arzusu idi. Onun işlədiyi hərbi hissədə hamı bilirdi ki, Elçin Cəbrayıl torpaqlarının azad olunmasına can atır. Vətən müharibəsi başlayanda Elçinin sevincinin həddi-hüdudu yox idi. Sevinirdi ki, nəhayət illərdir düşmən tapdağında olan torpaqlarımızı geri qaytaracaqlar.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2018-ci il tarixli 417 nömrəli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Elçin Əzizov oktyabrın 13-də Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qəhrəman şəhidimiz Elçin Əzizov II Fəxri Xiyabanda dəfn olunub.

Ailəli idi. Üç övladı yadigar qaldı.

Allah rəhmət eləsin!

Vüqar Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki