image-qanunla-reklam
image-1630495970545

Şəhid baş leytenant Mahir Dadaşzadənin doğum gününə həsr olunmuş tədbir keçirildi-FOTO

image-lady-day-az

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhidlik adına ucalmış, o xoşbəxliyə çatmış igidimiz, qürür yerimiz Azərbaycan Ordusunun baş leytenantı Mahir Dadaşzadə Qərib oğlunun doğum gününə həsr olunmuş tədbir keçirildi. Keçirilən tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi cənab Faiq Xudanlı, Beyləqan rayon icra hakimiyyətinin birinci müavini Telman Məstanov, şəhidin ailə üzvləri və doğmaları, eləcədə rayon idarə və müəssisə rəhbərləri, qazilərimiz, şəhidin döyüş və kurs yoldaşları, yaxın dostları iştirak etdilər .
Tədbir ilk öncə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb.
Sonra isə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə cıxış edənlər bildirdilər ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.
Sonda isə şagirdlərin ifasinda şeirlər, Beyləqan rayon Niyazi adina uşaq musiqi məktəbinin şakirdlərinin ifasında vətənpərvər musiqilər səsləndirildi.

image-1630495777463 image-1630496790825 image-1630496054571 image-img-20210901-wa0026 image-1630495970545


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki