image-qanunla-reklam
image-239321341_276837007149190_4109803077497437695_n

Şəhid Elçin Əzizovun xatirəsini əbədiləşdirmək üçün ehsan bulağının və büstünün açılışı olub-FOTO

image-lady-day-az

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan DSX-nin baş leytenantı Əzizov Elçin Əvəz oğlunun xatirəsini əbədiləşdirmək üçün ehsan bulağının və büstünün açılışı olub.

Qanunla.Az xəbər verir ki,keçirilən mərasimdə şəhid  Elçin Əzizovovun ailə üzvləri,Millət vəkili Ceyhun Məmmədov,vəkil Adəm Məmmədov,Cəbrayıl rayonu icra hakimiyyətinin məsul şəxsləri,döyüş yoldaşları və ictimayət nümayəndələri  iştirak ediblər.Tədbir iştirakçıları şəhidin büstünün qarşısına əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə iştirakşıların diqqətinə çatdırılıb ki, “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi.Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Mərasim iştirakçıları şəhidlərmizə Allahdan rəhmət,qazilərimizə şəfa dilədilər.

Qeyd edək ki, Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Qəhrəman şəhidimiz şiddətli döyüşlərdə xeyli sayda düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv edib.
Elçin Əzizov oktyabrın 13-də Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”   “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qanunla.Az saytının kollektivi adından qəhrəman şəhidimizə Allahdan rəhmət,yaxınlarına səbr diləyirik!

Vətən sağ olsun!

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

Vüqar Rəhimov 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki