image-qanunla-reklam
image-fb_img_1630579313121

Şəhid Elşən Müslümovun doğum günü qeyd olunub-FOTOLAR

image-lady-day-az

Bu gün Vətən müharibəsi şəhidi Elşən Müslümovun doğum günüdür.

Qanunla.Az xəbər verir ki, şəhidin doğum gününü Millət vəkili Elnur Allahverdiyev, Millət vəkili Ülvi Quliyev,  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, və rayon ictimaiyyəti, habelə şəhidimizin yaxınları ilə birlikdə onu məzarı üstündə yad ediblər.Mərasim iştirakçıları tərəfindən əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Natiqlər Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən,döyüşlərdə qəhrəmanlıq və şücaət göstərən Elşən Müslümov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin əzizləri şəhidin ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  təşəkkürlərini bildiriblər.

Allah rəhmət eləsin!

image-fb_img_1630579313121 image-fb_img_1630579316400 image-fb_img_1630579322160 image-fb_img_1630579326966 image-fb_img_1630579330670

Vüqar Rəhimov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki