image-970_50
image-yenigundem_144021242eaa3d44ef46989daebaad2e_i5xtjr1lskb6cm4yguna-620x460

Şəhid Elyəddin Cəfərovun anım günü keçirilib – FOTO

image-728_90

Oktyabrın 20-də 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Elyəddin Cəfərovun Naftalan şəhərində anım günü keçirilib.

Qanunla.az xəbər verir ki, anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin doğmaları  və ictimaiyyət iştirak ediblər.

Şəhid Elyəddin Cəfərovun məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən şəhid Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki