image-qanunla-reklam
image-img_20240914_102409

Şəhid Fərid Rüstəmovün ildönümü qeyd olunub 

image-lady-day-az

Şəhid Fərid Rüstəmovün ildönümü qeyd olunub

Qanunla.Az xəbər verir ki, Zərdab rayon Gəndəbil kənd sakini, DSX-nın kiçik giziri kəşfiyyatçı Fərid Rüstəmovun 2-ci ildönümü münasibətilə Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev , YAP Zərdab Rayon Təşkilatınin sədr müavini Ələkbər Kərimov , Zərdab Gənclər İdman Sektoru və Zərdab Gənclər Evi nin əməkdaşları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev və YAP-nın Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Şəhidin ailəsi onlarla göstərilən diqqət və qayğı görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, Fərid Rüstəmov 2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz sentyabrın 14-ü yaşadığı Zərdab rayon Gəndəbil kəndində dəfn olunub.

Allah şəhidimizə rəhmət eləsin!

Vüqar Rəhimov

image-img_20240914_100935_1image-img_20240914_100959image-img_20240914_101001image-img_20240914_101024image-img_20240914_101049image-img_20240914_101050image-img_20240914_101119image-img_20240914_101126image-img_20240914_101712image-img_20240914_102041image-img_20240914_102409image-img_20240914_102427image-img_20240914_105329image-img_20240914_105336image-img_20240914_105342image-img_20240914_105350image-img_20240914_105355


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki