image-qanunla-reklam
image-shehid-mezari

Şəhid hərbçimiz dəfn olundu

image-lady-day-az

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Mirzə Balaqardaş oğlu Əhmədovun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Qanunla.Az-a bildirilib ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

***

Bir ildən artıq komada olan və dünən vəfat edən gizir Mirzə Əhmədov dəfn olunub.

Silahlı Qüvvələrin giziri Mirzə Əhmədov Cəlilabad rayonunun Ocaqlı kəndində bu gün torpağa tapşırılıb.

Vida mərasimində onun yaxınları, hərbçi yoldaşları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki