image-970_50
image-1619761631-fuad

Şəhid Xudayarı təhqir edəni döyən şəxslər müəyyən edildi – RƏSMİ

image-728_90

Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

Qanunla.Az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin videogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb:

“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıldı. Həyata keçiriən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub.

Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki