image-970_50
image-fb_img_1618085753550

Qusarda Şəhidimizin 27 yaşı qeyd olundu

image-728_90

Şəhidimizin 27 yaşı qeyd olundu.

Qanunla.Az xəbər verir ki,Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayonda yaşayan şəhid alilələrini, Vətən müharibəsi əlillərini və veteranlarını xüsusi diqqətdə saxlayır, bu kateqoriyadan olan şəxslərlə müntəzam görüşlər keçirilir, onları narahat edən problemləri ilə yerində tanış olur, hər zaman maddi və mənəvi dəstək olmağa çalışır, bir sıra tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. Bu tədbirlərin davamı olaraq 10.04.2021-ci il tarixdə 44 günlük müharibəsində qəhrəmancasına şəhid olmuş Qusar rayonunun Hil kəndində anadan omuş Xəncəlov Ümüd Radif oğlunun doğum günü qeyd olunub.Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Qusar rayon Təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri və ictimaiyyət nümyəndələri iştirak etmişlər. İlk olaraq şəhidin ailəsi evində ziyarət edilmiş, onun keçdiyi ömür və döyüş yolundan danışılmış, əziz xatirəsi yad edilmişdir. Daha sonra ailəsi ilə birgə şəhidin məzarı ziyarət olunmuş, məzarın üzərinə gül-çiçək dəstələri düzərək ruhuna dualar oxunmuşdur. Şəhid Xəncəlov Ümüd yaşasaydı 27 yaşını qeyd edəcəkdi.

Allah rəhmət eləsin!

image-fb_img_1618085753550image-fb_img_1618085758556

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki