image-qanunla-reklam
image-e9c304d8-1630-4014-aeff-38491c1fe414

Şəhidin azyaşlı övladı toyda bəy və gəlini kövrəltdi: “Bu gülləri atam sizə cənnətdən göndərib” – VİDEO

image-lady-day-az

 

Dünən toy məclislərindən birində qeydə alınmış görüntü hər kəsi kövrəldib.

Vətən müharibəsinin şəhidi, DSX-nin baş leytenantı Elçin Əzizovun oğlu Yusif Əzizov atasının yaxın qohumunun toyunda iştirak edib.

Belə ki, toy mərasiminə Azərbaycanın Dövlət Himninin sədaları altında içəri daxil olan şəhid övladı əlindəki gül dəstəsini gəlinə təqdim edib.

Toyda çıxış edən Yusif anasının və atasının bu toyda birlikdə iştirak etməsini istədiyini bildirib: “Çox təəssüf ki, olmadı. İnanıram ki, atam cənnətdən bizi izləyir. Əlimdəki gülləri atam sizə cənnətdən göndərib. Anamın və atamın adından bu gülləri sizə təqdim edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki