image-qanunla-reklam
image-1627215715-modern-az-25-07-2021-1627214457

“Şəhidlərimizin qanını yerdə qoymadıq” – Hulusi Akar

image-lady-day-az

“Fərat Qalxanı” Hərəkatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) qarşı xain terror hücumu edən terrorçuların cavabı yetərincə verilib, onların döyüş mövqeləri və ən az 7 terrorçu məhv edilib”.

Qanunla.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Nazir deyib ki, şəhidlərin qanını yerdə qoymadılar, qoymayacaqlar: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

Qeyd edək ki, dünən Suriya ilə Türkiyə sərhədində yerləşən, Türkiyə Ordusunun antiterror əməliyyatı apardığı “Fərat qalxanı” bölgəsində terror aktı törədilib, Türkiyə ordusunun 2 hərbi qulluqçusu şəhid olub, 2-si yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki