“Səhiyyə sahəsində davamlı islahatlar həyata keçirilir. Səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb”.
Qanunla.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsində keçirilən dinləmədə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir qeyd edib ki, 3315 tibbi xidməti xidmətlər zərfinə daxilib: “Cərrahi əməliyyatların sayı 89 faiz artıb”.